Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.
BUTA.TV xəbər verir ki, dövlət başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.
“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - Prezident İlham Əliyev vurğulayıb.
- Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar
- İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama
- ABŞ Rusiyanı belə çökdürür - Tayms
- “Qabı yaramın üstünə atdı” - “Liv Bona Dea”da iş adamının başına oyun açdılar
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi