Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yandı

15:18 - 12 Yanvar 2024 - GÜNDƏM

 Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yandı

Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerində Oğuz və Şəkidən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol