Böyük Britaniyanın hind əsilli Baş naziri Rişi Sunak gün ərzində iki əhəmiyyətli addım atıb. Onun birinci addımı Ukrayna Prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalamasıdır.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, London Kiyevlə hərbi əməkdaşlığı gücləndirməyə qərar verib:
“Bu qərar Kremlin narahatlığına səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, əgər Böyük Britaniya Ukraynada hərbi baza yaradarsa, bu, Londonun Rusiyaya qarşı müharibə elan etməsi olacaq. Rişi Sunak Kremlin hədəsindən ehtiyat etsəydi, Kiyevlə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa qərar verməzdi. London Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsini istəyir.
Rişi Sunakın ikinci addımı ABŞ-la birgə Yəməndə husilərin mövqelərinə raket zərbəsi endirməsinə razılıq verməsidir. Bu, Rusiya ilə yanaşı, Türkiyənin də narazılığına səbəb olub.
Husilərin mövqelərinin raketlərlə vurulacağı gözlənilən idi. Çünki husilər Qırmız dənizdə üzən ticarət gəmilərinə hücum əməliyyatlarından imtina etməyiblər”.
- Polşa səfirliyi Azərbaycana başsağlığı verdi
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto