ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın husilərə qarşı əməliyyatında Pakistan donanmasının iştirakı ilə bağlı sosial şəbəkələr də daxil olmaqla, KİV-də yayılan xəbərlər əsassızdır.
BUTA.TV xəbər verir ki, Hərbi Dəniz Donanmasının rəsmisi “Ekspres Tribun” qəzetinə açıqlamasında deyib.
“Gəmilərimiz Qırmızı dəniz regionuna beynəlxalq gəmiçiliyi qorumaq üçün göndərilib və bunun HƏMAS və İsrail arasındakı münaqişə ilə heç bir əlaqəsi yoxdur. Biz hökumət siyasətinə uyğun olaraq Fələstin məsələsini tam dəstəkləyirik və husilərlə İsrail arasında heç bir münaqişənin tərəfi deyilik”, - donanma rəsmisi bildirib.
Nəşrin məlumatına görə, rəsmi İslamabad Vaşinqtonun Birgə Dəniz Qüvvələrinin bir hissəsi kimi Qırmızı dənizdəki 153 saylı əməliyyat qrupuna qoşulmaq təklifini rədd edib.
- Azərbaycan XİN İspaniyaya başsağlığı verdi
- Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...
- Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək