Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı.
Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib. Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib. İlkin ehtimala görə, gənc ürəktutmasından vəfat edib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər