"Səni axtarıram" ictimai-sosial verilişinin ötən axşamki buraxılışında qalmaqal yaşanıb
BUTA.TV bizim.media-ya istinadən bildirir ki, aylardır ki, sözügedən proqramda iştirak edən Gülxanım adlı qadın aktyor Sərxan Kərəmoğlu ilə dalaşıb. Bu anda ekspertlər Gülxanıma qarşı çıxıb. Bunu görən qadın "Bəsdirin. Yığışdırın şounu, reytinqi yığışdırın. Bu verilişdə hər kəs saflığımdan istifadə elədi" söyləyərək, verilişdə səs tonunu qaldırıb. Bundan sonra bir neçə saniyəlik qadının mikrofonu söndürülüb.
Studiyada çaxnaşma yaradan Gülxanıma verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əsəbiləşib.
"Məndə sənin dosyen var. Ağzımı açdırma. Hələ etdiklərini tamaşaçıya göstərmirəm, amma göstərəcəyəm. Çıx studiyadan, məni gözlə", - deyə Xoşqədəm Gülxanıma səslənib.
Aparıcı əlinə telefonu götürərək orada yer alan görüntüləri qadına göstərib və həmin informasiyanı yaxın günlərdə tamaşaçılara da təqdim edəcəyini vurğulayıb. Gülxanım isə "Mən sənə güvənmişdim" sözlərini dilə gətirsə də Xoşqədəm buna məhəl qoymayıb və qarşı tərəfi dinləməkdən imtina edib.
- Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
- Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?
- ABŞ İrana yenidən zərbə endirə bilərmi?
- Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?