Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir.
BUTA.TV “Hit.az”a istinadla xəbər verir ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxil edilib. Həmin ərazilərdə Dənizkənarı Bulvarın salınması planlaşdırılır.
Bakı şəhərinin Baş planına əsasən, tikinti-söküntü işlərinə 2026-cı ildə başlanacaq və 2030-cu ildə işlər yekunlaşdırılacaq.
Qeyd edək ki, həmin ərazilər 20 il öncə plana düşüb və ərazidəki evlərin bir hissəsi köçürülüb.
Lakin köçürülmüş evlərin yerində zavod tikilib.
“Elektrotop” qəsəbəsində yerləşən Energetika zavodunun söküntü işlərinə bir neçə il əvvəl başlanılıb. Zavod Səngəçala köçürülür. Zavodun tam olaraq sökülməsi başa çatdıqdan sonra ərazidəki evlərlə bağlı işlərə başlanacaq.
Qeyd edək ki, sözügedən ərazidə 4 minə qədər sənədsiz ev tikilib və əhalinin sıx məskunlaşdığı yaşayış massividir.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır