İstanbulda dağıdıcı zəlzələlər barədə hakimiyyət orqanlarını dəfələrlə xəbərdar edən türkiyəli aparıcı seysmoloq Naci Görür metropolda 7,6 bal gücündə təkanların olacağını proqnozlaşdırıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, yerli telekanalların birində canlı yayım zamanı danışıb.
“Biz İstanbulda 7,2 bal, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Bu zəlzələlərdən birini Adalar qırıq xəttində, digərini isə bu çatla birləşən Kumburqazda gözləyirik. Bu qırılmaların hər ikisi birlikdə “parçalansa”, 7,5 bal gücünə çata bilər. Lakin Kumburgaz çatı 7,2 bal gücündə zəlzələlər yarada bilər”, - deyə o xəbərdarlıq edib.
Bu iki qırılmanın kilidləndiyini və bir gün qırılacağını vurğulayan Görür, hər iki qırılmanın birlikdə qopması halında zəlzələnin maqnitudasının 7,5-ə çata biləcəyini sözlərinə əlavə edib.
Seysmoloq ölkənin cənub-şərqində Qəhrəmanmaraş dağıdıcı zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edərkən reaksiya verilməməsindən şikayətlənib.
“Qəhrəmanmaraş zəlzələsi ilə bağlı hayqırırdıq, amma heç kim qulaq asmadı. İndi qorxuruq ki, tarix təkrar yaşansın. Yenə eyni şeyi deyirik: bir gün hər şey bitəcək. Mərmərə sahilinə yaxın yerlər ən böyük zəlzələ şiddətinə məruz qalacaq. Bu neçədir? 9 bal gücündə”, - deyə professor bildirib.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır