Türk istehsalçıları ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahına “Amerikanı yenidən möhtəşəm et” (Make America Great Again) yazısı olan 100 min qırmızı papaq çatdırıb.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Promotürk Reklam və Promosyon Məhsulları İstehsalçıları Birliyinin sədri Mehmet Yücetürk deyib.
“Trampın seçki kampaniyası zamanı istifadə etdiyi, tərəfdarlarına payladığı və özünə taxdığı papaqlar Türkiyədə hazırlanıb. Etiketdə müvafiq “Made in Türkiye” yazısı var. Onları Adıyamandan olan “Zirve Şapka” şirkəti tikib. Şirkət bir həftə ərzində Tramp kampaniyası üçün qapaqlar istehsal edib. Və bu məhsullardan 100 min ədədi bir ay ərzində Trampın kampaniyasında iştirak edən agentliyə çatdırılıb”, - o bildrib.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video