Sentyabrın 12-i gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətinin Mircave şəhərində silahlı şəxslərin hücumu nəticəsində 3 polis həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Öldürülənlərin Əmir İbrahimzadə, Parsa Suzəni və leytenant Əmin Naruyi olduqları bildirilib.
Hadisədən qısa müddət sonra etnik bəlucların silahlı təşkilatı olan “Ceyş əl-Ədl” bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.
“Bu, yoxsul xalqa və xüsusilə məcburiyyətdən pərakəndə yanacaq alveri ilə məşğul olan şəxslərə qarşı hökumət məmurlarının qəddarlığına cavabdır”, - bəyanatda bildirilib.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video