“Mülki Müqavilə” dövlət protokolunun əsas tələblərinə məhəl qoymamaqda davam edir ki, bu da öz növbəsində Ermənistanın xarici reytinqinə son dərəcə mənfi təsir göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Bildirilib ki, bu ilin avqustunda Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş Dövlət Dumasının keçmiş deputatı Qurgen Arsenyan sentyabrın 11-də etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib. Bu, rəsmi olaraq səlahiyyətlərin qəbul edilməsinə işarədir:
“Dövlət protokoluna əsasən, səfir vəzifəsinin icrasına başlayan məmur adətən etimadnaməsinin surətini ilk olaraq vəzifələrini icra edəcəyi dövlət başçısına verir. Lakin Arsenyan Putin tərəfindən qəbul edilməyib”.
Nəşr etimadnamənin surətinin dövlət başçısından öncə XİN rəhbərinin müavini Mixail Qaluzinə təqdim edilməsini “Ermənistan tarixində görünməmiş hadisə”, rüsvayçılıq adlandırıb.
Qeyd edək ki, Ermənistan rəsmi mənbələri Arsenyanın etimadnaməsini qarşıdakı günlərdə Putinə təqdim edəcəyini bildirib.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video