“Miss Turkey 2024” tacını qazanan İdil Bilgen bütün tənqidlərə baxmayaraq, Türkiyəni “Miss World” yarışmasında təmsil etməyə hazırlaşır.
Kult.az xəbər verir ki, Türkiyə gözəli bunu televiziya proqramlarının birində dilə gətirib.
O, bu taca layiq olmadığı haqqında deyilən sözlərə isə əhəmiyyət vermədiyini açıqlayıb:
“Ölkəmizdə qadın və uşaq qətlləri kimi böyük bir dərdimiz olduğu halda, insanlar tərəfindən mənə qarşı səslənən mənfi fikirlərə məhəl qoymuram. Bunlar savadı olmayıb, fikir yürüdən insanlardır. Şərhlərə ümumiyyətlə əhəmiyyət vermirəm”
Xatırladaq ki, “Miss Türkiyə 2024” finalı sentyabrın 11-i baş tutub. Gözəllik tacını tibb fakültəsinin məzunu və Ankaranın Ukraynadakı səfiri, milyonçu Levent Bilgenin qızı İdil qazanıb. 1.80 m boyu olan Bilgenin qalib olması sosial mediada bəzi tənqidlərə səbəb olub. Çoxları onun zahiri görünüşünü bəyənməyib.
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər