Ermənistanın müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan və ona yaxın olan şəxslər hökumətə 200 milyon dram (təxminən 500 min dollar – red.) ödəyəcəklər.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, 2020-ci il oktyabrın 8-də A.Mirzəbekyan dövlət əmlakını mənimsəmədə ittiham edilib və barəsində istintaq başladılıb. 2024-cü ilin 30 avqust tarixində isə onunla razılaşma imzalanıb. Buna əsasən Mirzəbekyan və ona yaxın şəxslər hökumət büdcəsinə 200 milyon dram ödəyəcəklər. Həmçinin onların 5 daşınmaz əmlakı, 1 avtomobili, 12 bank depoziti və istiqrazlarını təhvil verəcəyi açıqlanıb.
Qeyd edək ki, A.Mirzəbekyan 2016-cı ildə “Dördgünlük müharibə” adlanan hərbi toqquşmadan sonra – 26 aprel tarixində müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Onun məhz bu döyüşlərdəki uğursuzluq səbəbindən qovulduğu bildirilib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir
- Nabran yolu nə vaxt açılacaq? - Foto
- Xəzər dənizində zəlzələ oldu
- Jurnalistlərin etik davranış qaydaları dəyişir
- Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər
- Bakıda kişi yanaraq öldü
- Ötən gün faciəvi şəkildə ölən Zəhranın - Fotosu
- 16 yaşlı rəssam 29 il əvvəl Ulu Öndərdən nə istəmişdi? - Video