Cənab Prezident İlham Əliyevin ölkəmizdə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar Azərişıq ASC daha bir ağacəkmə aksiyasına start verib.
BUTA.TV xəbər verir ki, ekologiyanın qorunması, dünyada həyat üçün ən bacib olan təmiz hava, və yaşıl dünya naminə başladılan aksiya bütün ölkə ərazisini əhatə edir.
Əməkdaşlarımız tərəfindən 20 oktyabr- Energetiklər Günü ilə əlaqədar Şirvan və Xaçmaz RETSİ-nə (Regional Enerji Satışı və Təchizatı İdarəsi) daxil olan rayonlarda minlərlə ağac əkilib. Ağaclar Azərişıq ASC-nin regional idarələri, yerli şəbəkələr, həmçinin Yarımstansiyalar ətrafında ayrılmış xüsusi ərazilərdə əkilir. Qarşıdakı günlərdə əkiləcək ağacların sayının 100 minə çatdırılması hədəflənib.
Qeyd edək ki, görülən işlər eyni zamanda gələn ay ölkəmizdə keçiriləcək COP29, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına dəstək xarakteri daşıyır.
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək
- Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...
- Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...
- Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçdi