Bu gün Milli İncəsənət Muzeyində "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"nın seçim mərhələsinin başa çatması və "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən namizədlərin elan olunması ilə bağlı mətbuat konfransı keçirilib.
BUTA.TV xəbər verir ki, sözügedən proqram Mədəniyyət Nazirliyi Kollegiyasının Müvafiq Qərarı ilə təsdiq edilib və həyata keçirilib.
Nazirliyin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova ilk dəfə keçirilən bu proqramın gələcəkdə çox müsbət nəticələri olacağını bildirib.
Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov qeyd edib ki, sözügedən təqaüd proqramına 30-ya yaxın təqaüdçü müraciət etmişdi:
“Onlar arasında bir sıra meyarlar üzrə seçim aparıldı. Hər bir namizəd müsahibəyə cəlb olundu və aralarından 18 nəfər seçildi. 18 təqaüdçüyə isə 1 milyon vəsaitin xərclənməsi nəzərdə tutulub. Ümumilikdə isə 2026-cı ilə qədər bu proqram çərçivəsində 60 təqaüdçünün xarici ölkədə təhsil alması planlaşdırılır”.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşavirləri Cəsarət Valehov və Cahangir Səlimxanov isə mədəniyyət və təhsil sahəsində aparılan islahatlardan danışıblar.
- Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Olimpiya çempionu özünə toy edir - Foto
- Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto
- Nazirdən 10 və 11-ci sinif şagirdləri bağlı yeni plan
- Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
- Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
- Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi