İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi satılıb.
BUTA.TV quruma istinadən xəbər verir ki, hərrac rəqabətli keçib.
Belə ki, start qiyməti 14 040 manat olan “Mitsubişi Pajero” markalı avtomobil 16 700 manata, 12 240 manat olan “HundaiyTukson” markalı nəqliyyat vasitəsi isə 13 750 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3EBvmi linki vasitəsilə tanış olmaq olar.
Oktyabrın 31-də keçiriləcək növbəti hərraca əmlak kompleksi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və torpaq sahələri çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3EBvZM linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
- İsrailə uduzanların “qələbə bayram”ları – Siyahı şok edir!
- Putin Ermənistanda “peşka”larını qurban verir
- Tehranın Bakını ittiham etməsinə güneylilərin - Cavabı
- İrana zərbə tamamlandı, yeni hücum isə belə olacaq
- Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
- Ərdoğan Xankəndiyə səfər edəcək
- Paşinyan Türkiyədən dönən kimi həbslərə başladı: Nə baş verir?
- Fransa səfiri Qarabağa dəvətsiz gedibmiş...