17:29
Azərbaycan və azərbaycanlılar əleyhinə açıqlama verənlərə Rusiya Dövlət Dumasının daha bir deputatı qoşulub. Mixail Matveyev isimli deputat əslən Azərbaycandan olan Cəlil Süleyman oğlu Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığını bu sözlərlə ifadə edib: “Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Birincisi, bu deputatın çoğrafiyadan xəbəri yoxdur. Azərbaycanda, onun təbirincə desək, “aul” anlayışı yoxdur, Mixail Matveyev ölkəmizi Şimali Qafqaz (Rusiya Federasiyasına aiddir) ölkələri ilə səhv salıb.
İkincisi, Rusiyada Dövlət Duması səviyyəsində milli və irqi ayrı-seçkilik təbliğatı aparılırsa, Rusiyanın sıravi vətəndaşından nə gözləmək olar? Əgər Cəlil Rəfiyev Rusiya vətəndaşıdırsa, o, yerli şəhər sovetinə namizədliyini niyə irəli sürə bilməz ki? Rusiyalı deputat ayrı-seçkilik toxumu səpməklə Rusiya Konstitusiyasını da pozmuş olur. Buna baxmayaraq, iqrçi deputatın təxribatçı açıqlamasına həmkarlarından kimsə etiraz etməyib. Deməli, onlar da Mixail Matveyev kimi düşünürlər. Belə çıxır ki, Rusiya vətəndaşı olan azərbaycanlı nə vaxtsa Rusiya Dövlət Dumasında seçkilərdə iştirak etmək istəsə, Mixail Matyev kimi şovinist və irqçi deputat və onun kimi düşünənlər buna qarşı da çıxacaqlar”, - politoloq vurğulayıb.
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı