Azərbaycanda 3 pilləli devalvasiyadan həmən sonra dəfələrlə ictimai çıxışlarımızda təklif etmişdik ki, kiçik-orta sahibkarlar, sadələşdirilmiş vergi ödəyiciləri üçün illik 200 min manatlıq limit artırılsın, çünki məntiqsizlik var, 200 min limiti keçənlərin həmən 18% ƏDV-yə cəlb edilməsi doğru deyil, limit çox kiçikdir.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Maliyyə Nazirliyi indi bu məsələyə baxıldığını elan edib:
“200 minlik limit artırılacaq. Məncə, limit ən azı 500 min manat olmalıdır, amma yaxşı olar ki, birdəfəlik 1 mln. manata qaldırılsın, vergi dərəcəsi də Bakı və Abşeron üçün 4%, regionlar üçün isə 2% müəyyənləşsin - əminəm ki, bu, kiçik-orta sahibkarlar üçün çox ciddi dəstək və stimul olacaq. Maliyyə Nazirliyinin bu təşəbbüsünü alqışlayıram”.
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər