Xəbər verdiyimiz kimi, ötən gecə Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında erməni Areq Samveloviç Şepixin Moskvanın müvafiq idarələri ilə əməkdaşlıq edən çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrədə Şepixinin saxlanılmasından öncə çeçenlərə qarşı təhqiramiz ifadələr işlətdiyi görüntüləri yayılıb.
Bir sıra mənbələr erməninin məhz bu söyüşlərə görə maşının baqajına basılaraq aparıldığını bildirirlər.
Qeyd edək ki, 40 yaşlı Şepixin Azərbaycana qarşı fəallığı ilə də seçilib. Anası Rusiya mətbuatına verdiyi açıqlamasında bildirib ki, Areq Qarabağda müharibə yaşayıb və buna görə də onda bütöv bir dinə və xalqlara nifrət yaranıb.
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı