Vaşinqtonun Tehranla danışıqlarında İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü şərtlərin ölkəsinin maraqlarına zidd olduğunu bildirən ali dini lider Əli Xamenei Ağ Ev sahibi Donald Trampın adını çəkmədən, “Sən kimsən ki, İrana deyirsən nüvə proqramı olsun, ya olmasın” sözlərindən istifadə edib. Əli Xamenei bununla Tehranın Vaşinqtonla razılaşmanın mümkün olmadığını anladıb. İran Prezidenti Məsud Pezeşkianın ali dini liderin təlimatını yerinə yetirməkdən başqa seçimi yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Əli Xameneinin bu açıqlaması Donald Trampın imicinə zərbədir:
“Çünki Ağ Ev sahibi Tehranla məsələni danışıqlar yolu ilə həll edəcəyinə ümidli idi. Bu, Trampın Rusiya-Ukrayna müharibəsini dayandıra bilməməsindən sonra aldığı növbəti zərbədir. Xamenei danışıqlarla heç nəyin həll olunmayacağını bildirməklə Trampın təkliflərinin üstündən xətt çəkib. Bu gözlənilən idi. Çünki Tehran və Qum Trampın “İran uranı zənginləşdirməməlidir” prinsipini qəbul etməyəcəkdi. Tehranın və Qumun Trampın şərtini qəbul etməsi İranın ABŞ-a təslim olması anlamına gələcəkdi. İrandakı mühafizəkarlar isə təslim olmaq istəmirlər”.
Politoloq xatırladıb ki, mövcud gərginlik İsrailin Baş naziri Benyamin Netanyahunun maraqlarına cavab verir:
“Çünki Netanyahu hələ Barak Obamanın prezidentliyi dövründən Vaşinqtonla Tehran arasında nüvə razılaşmasının əleyhinə olub. Netanyahu Trampı da inandırmağa çalışıb ki, İranla danışıqlar aparmaq əvəzinə, bu ölkənin hərbi mərkəzlərinə zərbələr endirmək lazımdır. Tramp Netanyahuya danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq Əli Xamenei Trampa nəticənin olmayacağı mesajını göndərib və ali dini lider bununla Netanyahunun işini asanlaşdırıb”.
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı