İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

19:20 - 3 Noyabr 2025 - GÜNDƏM

 İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Bunda heç bir təhlükə görmürəm, söyləyir ki, maşınlarla geri dönməliyik, tanklarla yox.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü bəyanatını şərh edərkən bildirib.

“Yəni deyir ki, məsələ müharibə ilə həll olunmayacaq. Biz də Qarabağ sakinlərinin (könüllü getmiş ermənilərin) qayıtmasından bəhs edərkən, tanklardan danışırıq?”, - spiker jurnalistlərin müvafiq sualını cavablandırarkən qeyd edib.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirdiyi fikir belədir:

“Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqı və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol