1992-ci ildə Tehranda Yaqub Məmmədov və (Ermənistanın birinci prezidenti) Levon Ter-Petrosyanın iştirakı və (İranın sabiq prezidenti) Rəfsəncaninin vasitəçiliyi ilə atəşkəs haqqında müqavilə imzalanmalı idi. Bir də Qarabağla Ermənistan arasında dəhlizin açılması ilə bağlı müqavilə imzalanacaqdı. Mənim bir təklifim onların xoşuna gəlmədi və müqavilə imzalanmadı.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın müstəqillik dövrünün ilk xarici işlər naziri Hüseynağa Sadıqov İTV-nin “Təmas xətti” sənədli filmində müsahibəsində danışıb.
O qeyd edib ki, “Laçın koridoru”nun Azərbaycanın nəzarətində olması ermənilər tərəfindən qəbul edilməyib.
“Müqavilə hazırlandı, atəşkəs barədə və keçmiş Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş üçün yol açılması qərarlaşdırıldı. “Laçın koridoru” dedilər ona. Mən orada təklif etdim ki, amma Laçın koridorunda Azərbaycanın yoxlama məntəqəsi, daha sonra gömrük məntəqəsi yaradılsın. Ter Petrosyan dedi “nəyə lazımdır axı bunlar?” Dedim “lazımdır. Həm də müqavilədə də yazılsın ki, göndərilən yüklər yalnız mülki olsun”. Ona görə də qol çəkmədilər o sazişə. Nəticədə sənəd imzalanmadı”, - sabiq nazir qeyd edib.
Xatırladaq ki, həmin vaxt Tehranda görüş keçirilərkən ermənilər Şuşanı işğal etdilər.
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?