Dənizdə neft qalıqları aşkarlandı: FHN hərəkətə keçdi - Video

21:36 - 19 İyun 2026 - GÜNDƏM

 Dənizdə neft qalıqları aşkarlandı: FHN hərəkətə keçdi - Video

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, dərhal əraziyə Mülki müdafiə qoşunların və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.

Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol