Artıq temperatur yüksək olduğu üçün insanların sıx olduğu yerlərdə, xüsusilə ictimai nəqliyyatda kondisionerin, havalandırma sisteminin fəaliyyəti önəmlidir. Ancaq bəzi marşrutlarda bu əlçatanlıq təmin edilməyib. Bunlardan biri də 18 nömrəli marşrutdur.
BUTA.TV xəbər verir ki, sərnişinlərdən Bizim.media-ya edilən şikayətə görə, sözügedən marşrut xətti üzrə avtobusların əksəriyyətində kondisionerlər hələ də işə salınmayıb.
Məsələylə bağlı 18 nömrəli marşrutun məxsus olduğu “Xaliq Faiqoğlu” MMC-yə sorğu ünvanladıq.
Şirkətin mətbuat katibi Nizam Rzayev sorğumuza cavab olaraq bildirib ki, şirkətin istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobusların 95 faizində hazırda kondisionerlər işlək vəziyyətdədir.
“Bəzi hallarda gün ərzində hər hansı nəqliyyat vasitəsində texniki problem, nasazlıq baş verə bilər. Bununla əlaqədar tərəfimizdən operativ texniki xidmət qrupları yaradılıb və həmin hallar dərhal aradan qaldırılır.
Texniki problem yaşanan avtobus xətdən kənarlaşdırılır və lazımi tədbirlər görülür. Yaxın günlərdə bütün avtobuslarımızda kondisionerlərin faisləsiz iş rejimində fəaliyyəti tam təmin ediləcək”, - deyə açıqlamada qeyd edilib.
- Bakıda küçənin ortasında kişini ürəyindən bıçaqlayıb öldürdülər
- Rezidenturaya qəbulda hansı yerlər boş qalıb?
- Məktəbə başlayan hər min şagirddən səkkizi necə yoxa çıxıb?
- Zelenskini ali ordendən məhrum etdi - Bunu səbəb göstərdi
- Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
- Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi
- Polis Bakıda vətəndaşın həyatını belə xilas etdi - Video
- Bu marşrutda kondisionerlər nə vaxt tam işə düşəcək?