Rezidenturaya qəbulda hansı yerlər boş qalıb?

23:57 - 19 İyun 2026 - GÜNDƏM

 Rezidenturaya qəbulda hansı yerlər boş qalıb?

2025-ci ildərezidenturaya ixtisas seçimi zamanı Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sistemi üçün), Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemi üçün), Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanseri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi, Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi üçün ayrılan plan yerlərinin hamısı boş qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumatda, həmçinin tam dolan yerlər də sıralanıb:

“Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Milli Hematologiya və Transfuziologiya

Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Neyrocərrahiyyə Xəstəxanası,

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat

Travmatologiya və Ortopediya İnstitutu, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi üçün ayrılan plan

yerləri tam dolub”.

Qeyd olunub ki, gigər klinik bazalar üçün ayrılan plan yerləri bu və ya digər səviyyədə kəsirdə qalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol