Bakıda ağır qəza: ölən var

10:00 - 24 İyun 2026 - GÜNDƏM

 Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Davud Zəhvər oğlu Nəsirov idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Arif oğlu Qafarovu vurub.

Nəticədə, piyada aldığı xəsarətlərdən həmin gün yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Fakta görə cinayət işi başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol