Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasının məşhur çimərliklərinə sərnişinlərin rahat gediş-gəlişi üçün fəaliyyət göstərən avtobus marşrutları açıqlanıb.
BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, Novxanı istiqamətinə getmək istəyənlər "Azadlıq prospekti" metrostansiyasından hərəkət edən 123 nömrəli marşrutdan istifadə edə bilərlər.
Görədil çimərliyinə isə "Azadlıq prospekti" metrosundan 108A, həmçinin Zabrat dairəsindən 537 nömrəli avtobuslar xidmət göstərir.
Bilgəh istiqamətində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən 171 nömrəli marşrut fəaliyyət göstərir.
Şüvəlan və Mərdəkan qəsəbələrinə getmək üçün sərnişinlər 136 və 156 nömrəli avtobuslardan yararlana bilərlər. Bundan əlavə, 181 nömrəli marşrut da Mərdəkan istiqamətində hərəkət edir.
Buzovna çimərliyinə isə "Koroğlu" NMM-dən 160 və 163 nömrəli avtobuslarla çatmaq mümkündür.
Məsul qurumlar vətəndaşlara istirahət zamanı təhlükəsizlik qaydalarına riayət etməyi, həmçinin çimərlik ərazilərində təmizliyin qorunmasına diqqət yetirməyi tövsiyə edirlər.
- Neftçalada axund qara bayrağı polisə təhvil verdi - Foto
- 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
- Azərişıq ASC-yə sertifikatlar təqdim olundu
- "Bakcell"in dəstəyi ilə - “SummerStack Bootcamp” başladı
- Məhz güclü Ordumuzun sayəsində... - Deputat
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq