Həftəsonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
“BUTA.TV” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.
O bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir. Gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək.
“Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - rəis müavini qeyd edib.
G.Abbasovanın sözlərinə görə, ölkə ərazisində gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.
- FHN-də Silahlı Qüvvələr Günü ilə bağlı tədbirlər keçirildi
- DYP hərəkət iştirakçılarına müraciət etdi
- Azərbaycanın Su-25-ləri təlimə cəlb olundu - Foto
- ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
- “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi
- "AzerGold" və onun törəmə şirkətlərinin maliyyə nəticələri...
- Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət etdi - Video
- Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı