Azərbaycanın Su-25-ləri təlimə cəlb olundu - Foto

18:48 - 25 İyun 2026 - GÜNDƏM

 Azərbaycanın Su-25-ləri təlimə cəlb olundu - Foto

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada Azərbaycan hərbi qulluqçularının iştirakı ilə "Anadolu Qartalı - 2026" beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub.

Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.

Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol