Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa evinin önündə güllələnib.
BUTA.TV xəbər verir ki, Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a açıqlamasında deputata Zabrat qəsəbəsində yerləşən evinin qarşısında maşınını saxlayıb düşərkən avtomat silahdan çoxsaylı atəş açılıb.
Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən yalnız ikisi ona dəyib – biri çiyin nahiyəsindən, digəri ayağından.
Millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər