Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq. Dəhşətli bir cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları qısa zamanda bu hücumu sifariş edənləri və törədənləri aşkara çıxaracaq".
BUTA.TV xəbər verir ki, bu sözləri Report-a Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
"Fazil bəy mövqeyini həmişə açıq şəkildə bildirib. Bu mesajı verənlər çox yanlış yollara əl atırlar. Dövlət güclü olduğu üçün bunun öhdəsindən gələcək", - deputat əlavə edib.
Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.
- Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!