Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib.
BUTA.TV xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib.
O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa başlayıb:
“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.
Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.
Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı