Cəlilabadda bir həftə ərzində 3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səyad Həmidov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun bir neçə gün ərzində əlavə olaraq 3 mağazadan da müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurladığı müəyyən edilib.
Məhkəmənin qərarı ilə S.Həmidov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
- Əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib
- Arzumun məhkəmə zalında həbsi tələb olundu
- Evlənənlərin sayı azaldı
- Prokuror "Arzum"a cəza istədi
- Azərbaycanda əhalinin sayı açıqlandı
- Moskvaya son 2 ilin ən böyük dron hücumu - Video - Fotolar
- 33 il axtarışda olub: Almaniya onu Azərbaycana verdi
- Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra…