Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Birləşmiş Krallıq paytaxtındakı mülkünün fantastik dəyəri dodaq uçuqladır. Keçmiş nazirin oğlu hazırda Londonun ən ultralüks yaşayış kompleksi olan “One Hyde Park”da yaşayır.
BUTA.TV xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, binadakı mənzillər nəinki Londonda, bütün dünyada ən bahalı hesab olunur:
"Buranın əsas sakinləri oliqarxlar və şeyxlərdir. Məşhur ukraynalı milyarder Rinat Axmetov, ingilis sığorya brokeri Rory Carvill, qazax müğənni Ana Aitjanova və ərəb şeyxi, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Khaimah əmirliyinin vəliəhdi, Şeyx Mohammed Saud Sultan Al-Qasimi onun qonşularıdır.
Anar Məmmədovun bu mənzilə nə qədər ödədiyi bəlli olmasa da, mövcud qiymətlər bəzi ipucları əldə etməyə imkan verir. Məsələn, dubaylı tikinti maqnatlarından biri hazırda həmin binada sahib olduğu mənzili 111 milyon funt sterlinqə satışa çıxarıb. Ukraynalı milyarder Rinat Axmetov da “One Hyde Park”da mənzilinə 137 milyon funt-sterlinq ödədiyi haqda məlumat var".
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır