Ermənistan sizin partiyanızın xəyal etdiyindən daha çox ölkədən daha çox silah əldə edə bilər. Logistika problemləri olmasaydı, İrəvan daha çox şey edə və daha çox silah gətirə bilərdi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentində 2024-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Ermənistan” blokundan olan deputat Kristina Vardanyanın Ermənistanın aldığı silahlarla bağlı sualını cavablandırarkən deyib.
“Söhbət müdafiə silahlarından gedir, bizim heç bir hücum məqsədimiz yoxdur, müdafiə silahı əldə etmək hər bir ölkənin suveren hüququdur”, - o bildirib.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Papikyan və Fransa müdafiə naziri Lekornu arasında üç ədəd “GM200” radarının alınmasına dair saziş və hava hücumundan müdafiə sahəsində “Mistral” raketlərinin alınmasına dair memorandum imzalanıb.
Bundan əvvəl isə Ermənistan Hindistandan külli miqdarda silahlar tədarük edib.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi