Milli aviadaşıyıcı - Azərbaycan Hava Yolları QSC (AZAL) öz əməkdaşları üçün yeni forma təqdim edib.
Bu barədə BUTA.TV-a AZAL-dan bildirilib.
Məlumata görə, yeni forma, müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul edilməsini təmin edən uğurlu müştəri yolunun bir tərkib hissəsidir.
Müştəri Təcrübəsinin İdarəolunması İdarəsinin Rəhbəri Varda Harhara bildirib ki, komandanın yeni obrazı aviaşirkət müştərilərinin gözləntilərinə cavab verəcək bir sıra xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər, o cümlədən personalın peşəkarlıq səviyyəsinin artırılması, yenilənmiş menyu və digər bir çox detalları aydın şəkildə əks etdirir. Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılın hazırladığı yüksək keyfiyyətli eleqant kolleksiya zərif üslubu və müasir tendensiyaları ilə seçilir.
“Mən fəxr edirəm ki, AZAL öz əməkdaşları üçün yeni obrazın işlənib hazırlanmasında mənim baxışıma etimad göstərib. Klassik üsluba müasir dəb elementləri əlavə edərək uğurlu bir sembioz yaratmağa çalışdıq. Məqsədimiz, hər zaman aktual və trendlərlə yüklənməmiş kolleksiya yaratmaq idi”, - deyə R.İsmayıl bildirib.
Yeni forma uçuş heyəti, “VIP Lounge” və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub. Kolleksiyada brendin identik şəklində qəbul edilməsini təmin edən donlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır. Kolleksiyaya aviasiya personalının iş xüsusiyyətləri və şəraitini nəzərə alan, rahatlıq və mükəmməl uyğunluğu təmin edən parçalardan hazırlanmış yay və qış geyimləri daxildir.
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi