General-mayor rütbəsi verilən hərbçilər kimdir? - Dosye

14:10 - 7 Noyabr 2023 - GÜNDƏM

 General-mayor rütbəsi verilən hərbçilər kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin 3 polkovnikinə “general-mayor” ali hərbi rütbəsi verilib.

BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, “general-mayor” rütbəsi təqdim edilən Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesidir. Zabitimiz, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ali hərbi rütbə verilən Fərid Əliyev isə 2023-ü ilin əvvəlinədək Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. F.Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi.

O, əmək fəaliyyətinə 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb. 2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb. F.Əliyev 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Bu xəbər hal-hazırda çox oxunur
4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Bu ilin yanvarında vəzifəsindən ayrılan 36 yaşlı gömrük xidməti polkovniki Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edilib.

Namiq Bayramov haqqında ətraflı məlumat tapmaq mümkün olmayıb. O, 2015-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol