Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu "Qardian" (The Guardian) qəzetinə ünvanladığı məktubu dərc olunub.
Bu barədə BUTA.TV-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, məktubda bu qəzet tərəfindən ölkəmizin əleyhinə son aylar dərc olunmuş məqalələrə cavab verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilər birmənalı olaraq beynəlxalq səviyyədə Azərbaycanın tanınmış əraziləridir və bu fakt BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsdiq edilib.
Həmçinin qeyd olunub ki, hər bir dövlətin öz ərazi bütövlüyünü müdafiə etməsi BMT nizamnəməsində qeyd olunduğu kimi onun ən əsas vəzifəsidir.
Bildirilib ki, Cənubi Qafqazda sülhə başlıca mane olan Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsi artıq ortadan qaldırılıb və hər iki ölkənin rəhbərliyi tərəfindən yaxın aylarda sülhün əldə oluna biləcəyi bəyan edilib.
Azərbaycanın beynəlxalq enerji tərəfdaşları ilə əməkdaşlıqdan əldə olunan gəlirlərinin səhiyyə, infrastruktur, təhsil və digər sahələrə yönəldiyi qeyd olunub, nəticədə Azərbaycanın Cənubi Qafqaz regionunda ən inkişaf etmiş ölkəyə çevrildiyi bildirilib. Ermənistan ilə sülh razılaşmasının isə bütövlükdə regiona sabitlik və iqtisadi inkişaf gətirəcəyi vurğulanıb.
Ətraflı bu linkdən tanış ola bilərsiz.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi