Lənkəranda yük və minik avtomobilləri toqquşub, 7 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, "QAZel" markalı yük avtomobili VAZ-21011 markalı minik avtomobili ilə toqquşub.
Toqquşma nəticəsində 5-i Bərdə rayon sakinləri olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon sakinləri - 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-cı il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakinləri 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.
Yaralılardan Roza Hümmətovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi