Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev özünün adında olan əmlaklarını, iri torpaq sahələrini satmağa başlayıb.
Musavat.com xəbər verir ki, satışa çıxarılan əmlakların siyahısı uzun olsa da, hələlik onlardan biri – 50 hektarlıq torpaq sahəsi ilə bağlı məlumatları təqdim edirik. Belə aydın olur ki, sabiq PA rəhbəri özəl ərazisində var-dövlətini həyat yoldaşının adına rəsmiləşdirib. Ramiz Mehdiyevin notariat ofisinə yazdığı ərizədə o, arvadının adına olan torpaq sahəsinin satılımasına etiraz etmədiyini bəyan edir.
Həmçinin məlum olur ki, sənədləşmə gərəyi olaraq Ramiz Mehdiyevin ərizəsində özünün də fotosu çəkilərək əks olunub. Sabiq PA rəhbəri vəzifədə olduğu illərdə hər hansı bir alqı-satqı işində adının keçməsinə imkan verməyib. Qeyd etdiyimiz ərizədə Ramiz Mehdiyev yazır:
“Bu ərizə ilə məlum edirəm ki, birgə nikah dövründə əldə edilmiş, arvadım - Mehdiyevə Qalina Yuryevnaya məxsus Goranboy rayonu, Qaramusalı kəndində yerləşən 50 hektar torpaq sahəsinin (icarə hüququnun) satılmasına etiraz etmirəm.
Eyni zamanda bəyan edirəm ki, ər (arvad) arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.
Ramiz Mehdiyev ərizəni bu ilin aprelində yazıb. Bundan sonra həyat yoldaşının adına olan 50 hektar torpaq satılıb. Sənədlərdə torpaq sahəsinin hansı qiymətə verilməsi göstərilməsə də, belə məlumat var ki, torpaq sahəsi 350 min manata satılıb. Sabiq PA rəhbərinin digər əmlaklarını, torpaq sahələrini də satışa çıxardığına dair məlumatlar var. Bəzi dəqiqləşdirmələrdən sonra həmin məlumatları da təqdim edəcəyik.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan