Düşünmürəm ki, Dövlət Departamentinin öz vətənlərini tərk etmiş insanların geri qayıtmalarına imkan verilməli olduğunu bəyan etməsi evlərini tərk etmək məcburiyyətində qalan (halbuki ermənilərin könüllü getdiyinə aid minlərlə fakt var – red.) ermənilər üçün həll və ya təminatdır.
BUTA.TV xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində amerikalı konqresmen Cim Kosta deyib.
O bildirib ki, bu məsələ gələcək müzakirələrdə aydın şəkildə təqdim olunmalıdır və onlar istədikləri zaman evlərinə qayıda bilməlidirlər.
Konqresmen geri qayıdan şəxslərin təhlükəsizliyinin sülh sazişində əksini tapmalı olduğunu da iddia edib:
“Buna görə də saziş çox vacibdir. Birləşmiş Ştatlar əmin olmalıdır ki, bu, Azərbaycanın da razılaşdığı gələcək danışıqların əsas məqamlarından biri olacaq”.
Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında gərginlik üçün zəmin var:
“Azərbaycanın danışıqlar masasına qayıtmaq istəməməsi buna sübutdur. İkincisi, bunu onların Türkiyə və Rusiya ilə işləmək istəyi də sübut edir.
Birləşmiş Ştatlar ədalətin və bütün tərəflərin hörmət edəcəyi razılaşmanın olmasını təmin etməlidir”.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan