“De Byazinin jurnalistlər barəsində işlətdiyi ifadələr etik çərçivəyə sığmır və qınanmalıdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Canni De Byazinin dünən jurnalistlərə qarşı işlətdiyi fikirlərinə münasibət bildirərkən deyib. Sədr, eyni zamanda, Baş katibin onun əvəzindən üzr istəməsini yüksək qiymətləndirdiyini əlavə edib: “Amma bu addımı De Byazi özü də atmalıdır”.
Xatırladaq ki, millimizin baş məşqçisi dünən Belçika-Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib.
“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari” komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan