Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, kikboksçu Şikar Bədəlov növbəti döyüşünə çıxıb.
“BUTA TV” xəbər verir ki, idmançımız 81 kq çəki dərəcəsində “King of Kings” reytinq döyüşündə iştirak edib. O, niderlandlı kikboksçu Nabil Xazri ilə qarşılaşıb. Türkiyədə keçirilən dueldə Ş.Bədəlov rəqibini məğlub edib.
Qeyd edək ki, Şikar Bədəlov cari ilin fevral ayında “King of Kings” dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində mərakeşli Noordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək dünya kubokunun sahibi olmuşdu.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib