Xəbər verdiyimiz kimi, “Abzas Media”nın rəhbəri Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
BUTA.TV xəbər verir ki, Cinayət Məcəlləsinin 206-cı maddəsi “qaçaqmalçılıq” cinayətinə aiddir, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər (narkotik qaçaqmalçılığı) istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsidir.
Bu baddə 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
206.3.2-ci maddə isə ağırlaşdırıcıdır, qaçaqmalçılığın “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini” özündə ehtiva edir.
Bu maddənin cəzası əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Beləliklə, hər iki şəxs günahları sübuta yetiriləcəyi halda 8 ilə qədər cəza ala bilər.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib