Ötən gün Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılan Canni De Byazi yenə milli komandaların birinə baş məşqçilik etmək istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə 67 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında bildirib. O, özünə uyğun komanda axtardığını deyib:
"Özümə uyğun gələn bir komandaya baş məşqçilik etmək istərdim. Gələcəkdə başqa bir milli komandada işləmək istəyirəm. Belə bir variant var. Ümid edirəm ki, o, reallaşacaq. Amma müqavilə imzalanana qədər danışmamaq daha yaxşıdır. Ümid edirəm ki, əldə etdiyim təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm".
Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Komanda onun rəhbərliyi altında Avro-2024-ün seçmə mərhələsini 7 xalla 4-cü pillədə başa vurub.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib