Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps arasında Ankarada görüş baş tutub.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, görüşdə tərəflər arasında təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi planı imzalanıb.
İmzalanan sənədə görə, Türkiyənin Britaniyadan 40 ədəd "Tayfun" (Eurofighter Typhoon) təyyarəsi alması nəzərdə tutulur.
Tərəflər həmçinin müdafiə və təhlükəsizlik məsələlərini, eləcə də müdafiə sənayesi sahəsində cari əməkdaşlığı müzakirə ediblər.
Böyük Britaniyanın Ankaradakı səfirliyindən verilən açıqlamaya görə, iki NATO müttəfiqi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Bu məqsədlə nazirlər müdafiə sahəsində əməkdaşlığa dair niyyət bəyanatı imzalayıblar.
Sənəd Aralıq dənizində birgə təlimlərin keçirilməsi imkanlarını, həmçinin Şimali Afrika və Yaxın Şərq ətrafında təhlükəsizliyin dəstəklənməsi imkanlarının araşdırılmasını nəzərdə tutur.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib