Bəzi ölkələrin öz vətəndaşlarını Ermənistanın cənub bölgələrinə (Zəngəzur nəzərdə tutulur – red.) getməməyə çağırması məni çaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu cür çağırışlar biznes üçün müəyyən çətinliklər yaradır. Eyni zamanda, hökumət həm ölkə daxilində, həm də Zəngəzur bölgəsində milyard dollarlıq investisiya layihələri həyata keçirir. Üstəlik, son 5 ildə yatırılan investisiyaların böyük hissəsi ölkənin cənub bölgəsinin payına düşür. Hazırda İranla sərhəddə yerləşən Mehri gömrük məntəqəsi yenidən qurulur, Avropa Birliyinin dəstəyi ilə müasir texnologiyalarla təchiz olunmuş keçid məntəqəsi yaradılır, əlavə iş yerləri yaradılır”, - Paşinyan bildirib.
Qeyd edək ki, vaxtaşırı olaraq ABŞ, Fransa və bir sıra ölkələr öz vətəndaşlarına Ermənistanın regionlarına səfər etməmələri üçün çağırışlar edir.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib