"İkinci övlad istəyirdik, alınmadı. Yenidən ana olmaqdan imtina etdim. Belə başa düşürəm ki, artıq gecdir. Amma çox istəyirdim ki, övladım olsun. Çox əziyyət çəkdik".
Bu sözləri müğənni Xatirə İslam "Tarixin bir günü" verilişində qonaq olarkən deyib. İfaçı ikinci dəfə ana olmaq üçün müalicələr aldığını və buna səbəbdən 25 kiloqram kökəldiyini etiraf edib:
"İkinci dəfə ana olmaq istəyirdim, 25 kiloqram kökəldim. Kökəlmək mənim işimə də ziyan vurdu. İstədiyim kimi işlərimi görə bilmədim, istədiyim geyimləri geyinə bilmədim. İstər maddi, istərsə də mənəvi tərəfdən əlimdən gələni etdim ki, ikinci dəfə ana olum. Müalicə üçün xarici ölkələrə getdim, aylarla orada qaldım.
Hərdən oğlum Emilə deyirəm ki, bax, qız övladım yoxdur. Sən mənə kömək et. Sən mənim oğlum, dostum, yoldaşımsan. Məni incitmə. Mənim qızım yoxdur. Mənə kömək ol".
Qeyd edək ki, Xatirə Fəxrəddin Musazadə ilə ailəlidir. Cütlüyün Emil adlı bir oğlu var.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib