Qazaxıstanda orta məktəblərin menyusuna 50 milli yemək daxil ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın təhsil nazirinin müavini Nataliya Jumadildayeva deyib.
“Milli Məktəb Yeməkxanası” layihəsi çərçivəsində məktəblərin menyusuna 50 milli yemək daxil edəcək. Bu, çoxəsrlik ənənə ilə hazırlanmış, qədim təcrübənin nəticəsi olan rasiondur. Qazax məhsullarından istifadə etməklə məktəblilərin naharlarına milli mətbəxin daxil edilməsi uşaqların sağlamlığı üçün atılan mühüm addımlardan biridir”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, Astananın 6 məktəbində layihənin həyata keçirilməsinə başlanılıb.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib