Hazırda həm hava şəraiti, həm də müəyyən təczihat işləri ilə bağlı Ukraynanın müəyyən problemləri var. Lakin vəziyyət Kiyevin müharibədə məğlubiyyətinə səbəb olacaq qədər ağır deyil.
Bu sözləri BUTA.TV-a Ukrayna müharibəsində son vəziyyət haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Polkovnik rus ordusunun qazandığı müvəqqəti üstünlüyün strateji hədəflərə çatmaq mənasına gəlmədiyini vurğulayıb:
“Doğrudur, Rusiya çoxlu itkilər versə də, canlı qüvvə hesabına Avdeyevka istiqamətində irəliləyə bilib. Kupyanskda da oxşar vəziyyət var. Lakin Ukrayna ordusunun eyni vaxtda bir neçə istiqamətdə daha böyük çətinliklərlə üzləşdiyi məqamlar olub və onlar bunun öhdəsindən gəlib. Müharibə elə bir ciddi hərbi tədbirdir ki, orada uğur və uğursuzluq, taktiki geri çəkilmələr və s. olur. Ukrayna yorulub, amma bu, Rusiyanın öz strateji hədəflərinə çatacağı anlamına gəlmir. Çünki Ukrayna öz ərazisi uğrunda döyüşür və qarşıda onlara daha müasir silah-sursat, hərbi texnikanın, bununla bərabər döyüş təyyarələrinin verilməsi gözlənilir. Rusiya müvəqqəti mövqe üstünlüyü əldə edib, ancaq Ukrayna da Dneprin sol sahilində işğaldan qurtardığı ərazilərdə möhkəmlənməyə davam edir”.
- Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı
- Belə kartof almayın! – Adamı zəhərləyir
- Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib